525.Az

“İftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlar cəzalandırılacaq”


 

“İftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlar cəzalandırılacaq”<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib. 

APA-nın məlumatına görə, Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır.

O qeyd edib ki, belə hal aşkarlanarsa həmin din xadimi cəzalandırılacaq: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”.

 





15.05.2018    çap et  çap et