525.Az

“Prezident Hacı Cavad məscidinin söküldüyünü eşidəndə bərk qəzəblənmişdi"


 

“Prezident Hacı Cavad məscidinin söküldüyünü eşidəndə bərk qəzəblənmişdi"<b style="color:red"></b>

“Azərbaycan prezidenti Bakıdakı Hacı Cavad məscidinin sökülməsinin əleyhinə olub, eşidəndə ki, ora sökülüb, bərk qəzəblənmişdi”. 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. 

A. Paşazadə qeyd edib ki, prezidentin göstərişi ilə başqa yerdə dərhal yeni məscidin tikintisinə başlanılıb:

“Çox şükür ki, Hacı Cavad məscidi bizə qaytarıldı. Prezidentimizə buna görə bütün dindarlar adından çox təşəkkür edirəm. Çünki məscidi sökmək olmaz, ora sınıq-salxaq olsa belə, sökmək olmaz. Şükür ki, prezidentimiz Hacı Cavad məscidini daha gözəl və geniş formada tikdirib dindarlara təhvil verdi”.

 





15.05.2018    çap et  çap et