525.Az

Mərhum jurnalistin bacısı yeni mənzillə təmin olundu


 

Mərhum jurnalistin bacısı yeni mənzillə təmin olundu <b style="color:red"></b>

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində yeni mənzillə təmin olunub.

Modern.az-ın məlumatına görə, mayın 15-də mənzilin açarı Sevinc Əliyevaya təqdim olunub. 

“Cənab Prezidentimiz İlham Əliyevə və “Qaçqınkom”un sədri Rövşən Rzayevə məni evlə təmin etdiklərinə görə təşəkkür edirəm.Çətin günümdə mənim yanımda olan jurnalistlərə minnətdaram”, deyə S.Əliyeva bildirib.

O, sosial şəbəkədə yeni mənzilinin şəkillərini də paylaşıb. 

Xatırladaq ki, bu ilin 21 martında mərhum jurnalistin bacısının Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsindəki mənzili yanaraq kül olub. Bundan sonra kirayədə yaşayan Sevinc Əliyeva maddi və mənəvi problemlərlə üzləşib. 

Evsiz qalan xanım nəhayət ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin tapşırığı ilə mənzillə təmin olunub.

 





16.05.2018    çap et  çap et