525.Az

Eldar Əzizov: "Bayılda dağılmış evlərlə bağlı araşdırma aparılır"


 

Eldar Əzizov: "Bayılda dağılmış evlərlə bağlı araşdırma aparılır"<b style="color:red"></b>

"Bayıl yaşayış sahəsi, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır, müvafiq qərar qəbul ediləcək". 

APA-nın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 

O bildirib ki, evlər sovet vaxtı tikilib, ərazidə özbaşına tikili yoxdur, evlərin sənədləri var: "İlkin ehtimala görə, evlərin resursu bitib". 

İH başçısı qeyd edib ki, bir bina 1 il öncə qəzalı vəziyyətinə düşdüyü üçün sakinlər Nazirlər Kabinetinin qərarı ilə köçürülüb, onlara kompensasiya verilib: "İndi bu məsələyə də baxılacaq, ərazi nəzarətdədir".

 





16.05.2018    çap et  çap et