525.Az

Milli Kitabxanada "Bəkir Çobanzadə-125" adlı sərgi açıldı


 

Milli Kitabxanada "Bəkir Çobanzadə-125" adlı sərgi açıldı <b style="color:red"></b>

Dünən Milli Kitabxanada ümumtürk və Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, şair, ədəbiyyatşünas, mətnşünas, türkoloq, dilçi-alim, professor Bəkir Vahab oğlu Çobanzadənin anadan olmasının 125 illiyi münasibətilə "Bəkir Çobanzadə-125" adlı sərgi açılıb.

Sərgidə dilçi alimin Azərbaycan, rus və tatar dillərində  əsərləri, tərtib və redaktə etdiyi, haqqında olan kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





16.05.2018    çap et  çap et