525.Az

“Şimal-Cənub Nəqliyyat Dəhlizi Naxçıvanı blokadadan xilas edəcək”


 

“Şimal-Cənub Nəqliyyat Dəhlizi Naxçıvanı blokadadan xilas edəcək”<b style="color:red"></b>

“Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. 

“Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir. Hər halda planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaq”, - deyə o vurğulayıb.

 





16.05.2018    çap et  çap et