525.Az

Kvebekdə dəmiryolu qəzasında ölənlərin sayı 15-ə çatıb


 

Kvebekdə dəmiryolu qəzasında ölənlərin sayı 15-ə çatıb<b style="color:red"></b>

Kanadanın Kvebek əyalətində iyulun 6-da baş vermiş dəmiryolu qəzasında ölənlərin sayı 15-ə çatıb – hadisə yerində daha iki nəfərin cəsədi tapılıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ən azı 35 nəfər itkin düşmüş hesab olunur. Rəsmi qurumlar DNT nümunələrinin götürülməsi üçün itkin düşən şəxslərin qohumlarından istintaqa onlara məxsus olan şəxsi əşyaları: diş fırçaları, daraq, ülgüc və s. təqdim etməyi xahiş edib. Bununla belə, rəsmi nümayəndələr bəzi cəsədləri tanınmasının qeyri-mümkün olduğu barədə xəbərdarlıq edib.    
 
Qeyd edək ki, 72 sistern-vaqondan ibarət qatarın qəzaya uğraması nəticəsində güclü yanğın  baş verib. Yanğın o qədər güclü olub ki, rəsmi qurumlar yaxınlıqdakı ərazidən 2000-dək sakini təxliyə etmək məcburiyyətində olub.
 
Yanğın nəticəsində 30-dan çox binanın yandığı bildirilir. 

 





10.07.2013    çap et  çap et