525.Az

YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi


 

YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi <b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon “Loqos” Psixoloji və Nitq inkişaf mərkəzinin ərazi ilk partiya təşkilatının ümumi yığıncağı keçirilib.

Keçirilən yığıncaqda millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Siyasi elmlər üzrə Fəlsəfə doktoru Məlahət İbrahimqızı, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, “Loqos”un kollektivi və Partiyaya yeni üzv olan üzvlər iştirak ediblər.

Yığıncağı açıq elan edən millət vəkili M.İbrahimqızı çıxışında Azərbaycanın gündən-günə möhkəmlənən mövqeyindən bəhs edib. Bildirib ki, iqtisadi imkanlarını artıran Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu böyükdür. Bu gün ölkəmizin ev sahibliyi etdiyi önəmli beynəlxalq tədbirlər də bu kimi məqamlara işıq salır.

Daha sonra çıxış edən Təranə Məmmədova ölkəmizin bugünkü inkişafından və bu inkişafa Yeni Azərbaycan Partiyasının töhfələrindən bəhs edib. “Loqos”un YAP Nəsimi rayon təşkilatı ilə birgə həyata keçirdiyi tədbirlərdən danışan natiq bu tədbirlərin davamlı olacağını diqqətə çatdırıb.

Sonda yeni üzvlərə vəsiqələr təqdim olunub.

Şahanə MÜŞFİQ

 





19.05.2018    çap et  çap et