525.Az

Dələduzluqda təqsirləndirilən iş adamı və bank əməkdaşına cəza istəndi


 

Dələduzluqda təqsirləndirilən iş adamı və bank əməkdaşına cəza istəndi<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

APA-nın xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib. 

O, hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. Proses iyunun 30-da davam etdiriləcək. 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 





21.05.2018    çap et  çap et