525.Az

Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: Zərif talelər” kitabı işıq üzü gördü


 

Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: Zərif talelər” kitabı işıq üzü gördü<b style="color:red"></b>

Yazıçı-publisist Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: Zərif talelər” kitabı işıq üzü görüb. 

APA-nın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü il dönümünə həsr edilən kitab “2018 Hərəkatı”nın layihəsi əsasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. 

Müəllifin sayca 13-cü kitabı olan “Qarabağ müharibəsi: Zərif talelər” kitabında üz-üzə qaldığımız qanlı savaşın dəhşətlərini, uğurlu-uğursuz hərbi əməliyyatların xronikası əks etdirən, habelə torpaqlarımızın bölünməzliyi naminə kişilərlə çiyin-çiyinə çarpışan hünərindən, məşəqqətli əsirlik həyatı yaşamış azərbaycanlı qız-gəlinin ağır taleyindən bəhs edən sənədli hekayələr toplanıb. 

Kitabda müəllifin cəbhə illərində qələmi ilə döyüşən qadın həmkarları – xanım jurnalistlər haqqında portret yazıları da yer alıb. 

Kitabın təqdimatı mayın 23-də olacaq.

 





22.05.2018    çap et  çap et