525.Az

"Covid-88", yaxud "erməni virusu"na qarşı Türkəçarə - Münasibət


 

"Covid-88", yaxud "erməni virusu"na qarşı Türkəçarə - <b style="color:red">Münasibət </b>

"Covid-19" virusu dayanmaq bilmədən, "şaquli və üfüqi şəkildə" dünyaya yayılmaqda davam edir. Bu virus o qədər qudurub cızığından çıxıb ki, heç kimi və heç nəyi saya salıb vecinə almır: nə superdövlət tanıyır, nə də qlobal güclərlə hesablaşır.

Dünya həkimləri nə qədər çalışsalar da, iynələrə, dava-dərmana güc versələr də, bu virsla bacara bilmirlər. Əksinə, virus həkimlərə daha çox yoluxur. Deyəsən, o fədakar insanları daha tez aradan çıxarmaq istəyir ki, əl-ayağına dolaşan olmasın, rahatca bəşəriyyətə meydan oxusun.

Bu yaxınlarda braziliyalı alimlər və həkimlər papaqlarını qarşılarına qoyaraq oturub xeyli fikirləşəndən sonra dünyada ilk dəfə genetik koronavirus testi hazırlayıblar. Belə testlərin tətbiqinə iyun ayından başlayıblar. Həmin test "taclı mələyi" DNT materialları əsasında aşkar edir. Genetik test vasitəsilə eyni anda 1536 nümunəni yoxlamaq mümkündür. Bu, adi testlərlə müqayisədə 16 dəfə çoxdur. Halal olsun braziliyalılara! Əgər onların başı yüz ildən bəri ancaq top oynamağa qarışmasaydı, gör başqa nələr kəşf edərdilər.

"Covid-19"un yarandığı, yaxud yaradıldığı, yer üzünə yayıldığı vaxtdan neçə ay keçsə də, hələlik dəqiq əlacı, peyvəndi tapılmır. Laboratoriyalar gecə-gündüz dayanmadan işləyir, ancaq ortaya fərli bir vaksin çıxarda bilməyiblər. Bircə ruslar sevincək bəyan ediblər ki,  bu virusun peyvəndini tapıblar, adını da "Sputnik V" qoyublar. Düzdür, başqa ölkələrin alimləri, əsas da Ümumdünya Səhiyyə Təşkilatı rusların vaksininə şübhəli yanaşır. Deyilənlərdən belə çıxır ki, ruslar bu vaksin üçün çox da əziyyət çəkib, baş sındırmayıblar, yaxşıca sınaqdan keçirməyiblər, ona görə də o peyvəndə inanmaq olmaz. Amma ruslar da dirəşiblər ki, yox, bizim bu vaksin "Covid-19"u cilovlaya bilir. Rusiyanın Səhiyyə Nazirliyi ciddi-ciddi bildirir ki, tezliklə "Sputnik V"nin kütləvi istehsalına və əhalinin ucdantutma vaksinlənməsinə başlayacaqlar. Artıq "Sputnik V"nin ixracı barədə Belarusla da razılaşıblar. Belə görünür ki, ruslar bu vaksinin satışından xeyli pul qazanacaqlar. Bəlkə də bundan qazanacaqları pullar cürbəcür silahların, "S-300"lərin, "S-400"lərin, yaxud "İsgəndər"  raketlərinin satışından da çox olacaq. Olsun. Onların pulunu sayacaq deyilik. Amma işin xoşagəlməz və yolverilməz tərəfi bu ola bilər ki, ruslar bu pulları da tək xərcləməzlər, əlaltıları olan ermənilərin də qabağına tulapayı atarlar. O ermənilərin ki, onların böyük əksəriyyəti, xüsusən o bədnam ölkənin yuxarı başda oturanları elə "Covid-19"dan da betərdir.

Bunu elə-belə, söz xatirinə demirəm. Axı baxıb görürük ki, bütün dünya, hər bir normal dövlət və millət "Covid-19"la mübarizəyə qoşulub, bu məlun virusu özünün əsas dərd-səri bilir. Ermənilər isə heç nəyə əhəmiyyət vermədən, zəhləmizi tökə-tökə, əsəblərimizi tarıma çəkə-çəkə dayanmadan təxribatlar törədirlər, atəşkəsi pozurlar. Doğrudur, o bədnam məxluqlar iyul ayının 12-dən etibarən neçə gün Tovuz istiqamətində hücuma keçsələr də, ağız-burunları əzildi, suyu süzülə-süzülə geri çəkildilər, meydandan əkildilər. Ancaq yenə də murdarlıqlarından qalmırlar. 

Görünür, koronavirus da o idbarların öhdəsindən gəlməkdə çətinlik çəkir. Başqalarını deyə bilmərəm, mən buna çox təbii baxıram. Çünki erməni faşizmi də virusdur, həm də çox iyrənc, insanlıq üçün çox təhlükəli virus! Təəssüflər olsun ki, bu günə qədər belə heyvərə virusa ad qoymayıblar. Ümumi bir ad tapıb "Erməni xəstəliyi" desələr də, əslində bu virusun dəqiq adı-ünvanı verilməlidir.

Amma çox heyfslənməyə də dəyməz. Çünki bu iş heç indi də gec deyil. Əgər beynəlxalq təşkilatların bu virusa ad axtarışında çətinlikləri olsa,  böyük səxavətlə onlara kömək əli uzada bilərik. Çünki dünya onları bizim qədər tanıya bilməz. Məsələn, mən öz tərəfimdən təklif edirəm ki, erməni virusunun adı "Covid-88" olsun. Çünki bu virus 1988-ci ildə yaranıb, yaxud yaradılıb. Elə yaradılan kimi də düşüb günahsız insanlarımızın canına, daraşıb gözəl və əsəzli torpaqlarımıza. Həm Qarabağımızın, həm də ələ keçirdiyi başqa ərazilərimizin yeraltı və yerüstü sərvətlərini zəli kimi sorub yük maşınlarına, vaqonlara yığıb Ermənistana aparır bu virusun daşıyıcıları. Ermənistandan da dünyanın harasında ermənilər çox yaşıyırsa, oralara göndərirlər. Biz də qalırıq halal sərvətlərimizin arxasınca baxa-baxa, yana-yana...

Neçə illərdir, ATƏT-də, BMT-də ölkəmizin ərazisinə daraşmış erməni virusuna qarşı tam təsirli vaksin tapa bilmir, ya da tapmaq istəmir. Əgər bu vələdüzzina erməni virusuna başqaları ad və dərman tapmırsa, gərək, nəhayət, onun adını da özümüz qoyaq, əlacını da məhz Türkəçarə ilə həll edək. O türkəçarə də budur ki,  əgər Azərbaycan torpağına daraşmış erməni virusu - "Covid-88" heç kimi saymırsa, haqqa boyun əymirsə, onu tezliklə məhv edək, torpaqlarımızı bu amansız virusdan təmizləyək.

İnanıram ki, beynəlxalq təşkilatlar üçün də hələ gec deyil. Onlar da bu dediyim əlaca əl atmaqla, illərdən bəri kökü kəsilməyən bu erməni virusu - "Covid-88"i qısa müddət ərzində məhv edə bilərlər. Əgər çox ləngisələr, bu təhlükəli virus əvvəlcə qonum-qonşulara ziyan verirsə,  sonra dünyanın başqa ölkələrinə yayılar, əraziləri zəbt edəcək, hər yeri xaraba qoyar. Dünyanın ayrı-ayrı yerlərində özlərinə qondarma "respublikalar" düzəldərlər. Yavaş-yavaş bu heyvərə xəstəliyi başqa millətlərin də canına salarlar. Onda da dünya virusla dolub-daşar, it yiyəsini tanımaz.

Odur ki, tələsin, ay BMT-də oturanlar, tələsin, ay ATƏT-in Minsk Qrupunun həmsədrləri, tələsin, ay cürbəcür beynəlxalq təşkilatlar! Yer üzünü bu heyvərə və təhlükəli virusdan xilas etmək üçün təsirli tədbirlər görün, qətiyyətli addımlar atın! Ləngiyib zamanı boşa verməyin, sonra gec olar. Çünki "Covid-88" çox həyasızdır, çayır otu kimi yer üzünün hər tərəfinə yayılar və dünyamızın axırına çıxar.

Yox, əgər bacarmırsınızsa, onda çəkilin kənara, mane olmayın! İmkan verin, biz o virusun kəlləsini öz Türkəçarəmizlə biryolluq əzək!

 





17.09.2020    çap et  çap et