525.Az

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi


 

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi<b style="color:red"></b>

Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub.

525.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Samir Məcidov təyin edilib.

O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.

 





15.01.2021    çap et  çap et