525.Az

Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırıldı


 

Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırıldı<b style="color:red"></b>

Hirkan Milli Parkının Astara rayonu ərazisində - yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.

Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

“Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub”, - İ.İbrahimova qeyd edib.

Nazirliyin rəsmisi əlavə edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 





16.01.2021    çap et  çap et