525.Az

İlham Əliyev Kraliça II Elizabetə və Boris Consona başsağlığı verib


 

İlham Əliyev Kraliça II Elizabetə və Boris Consona başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona başsağlığı məktubları göndərib.

525.az xəbər verir ki, dövlətimizin başçısı bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, Baş nazirə, Birləşmiş Krallığın bütün xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

 





09.04.2021    çap et  çap et