525.Az

Veteran futbolçu Füzuli Cavadov koronavirusdan vəfat edib


 

Veteran futbolçu Füzuli Cavadov koronavirusdan vəfat edib<b style="color:red"></b>

Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov vəfat edib.

525.az-ın məlumatına görə, o, 71 yaşında dünyasını dəyişib.

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşı, Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası Füzuli Cavadovun ölüm səbəbi koronavirus olub.

Qeyd edək ki, karyerasının böyük hissəsi “Neftçi” ilə bağlı olan Füzuli Cavadov 1972-1979-cu illərdə “ağ-qaralar”ın formasını geyinib.

Allah rəhmət eləsin!

 

 





11.04.2021    çap et  çap et