525.Az

“YAŞAT” Fondu Niyyət Protokolu imzaladı


 

“YAŞAT” Fondu Niyyət Protokolu imzaladı<b style="color:red"></b>

16 aprel 2021-ci il tarixində “YAŞAT” Fondu, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

525.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən tədbirdə sənədi  “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platformasının həmtəsisçiləri, millət vəkili Ramil Həsən və  “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Hüseyin Büyükfırat imzalayıblar.

Niyyət protokoluna əsasən əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Platforma vasitəsi ilə bir sıra istiqamətlərdə “YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstəriləcək:

- “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş 10 qazinin Türkiyə Respublikasındakı tibbi xərclərinin tam olaraq qarşılanmasına dəstək göstəriləcək; 


-Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin təminatına dəstək olaraq Türkiyə Respublikasından ediləcək humanitar yardımlar “YAŞAT” Fondu ilə birgə həyata keçiriləcək;


-“YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi  ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhidlərin övladlarının Türkiyədə ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almasına dəstək göstəriləcək;


-Təşkil olunacaq müxtəlif sosial-mədəni tədbir və layihələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar  əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin iştirakı təmin ediləcək.

 





16.04.2021    çap et  çap et