525.Az

Aİ nümayəndəsi XİN-ə çağırıldı - Rəsmi Bakıdan etiraz


 

Aİ nümayəndəsi XİN-ə çağırıldı - <b style="color:red"> Rəsmi Bakıdan etiraz</b>

3Aprelin 16-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi, səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı K.Yankauskasa etiraz bildirilib.

Aİ nümayəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıbAprelin 16-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi, səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib.

 





16.04.2021    çap et  çap et