525.Az

Buddist rahib gilyotinlə başını kəsdi - Foto


 

Buddist rahib gilyotinlə başını kəsdi - <b style="color:red">Foto </b>

Taylandda 68 yaşlı rahib Tammakorn Vanqprica özünü Buddaya qurban etmək üçün gilyotinlə başını kəsib.

525.az xəbər verir ki, rahibin qan donduran üsulu beş ildən artıq bir müddətdə planlaşdırdığı öyrənilib. O, Taylandın şimal-şərqində yerləşən əyalətdəki məbəddə ölü tapılıb. Tammakornun cəsədini tapan qardaşı qızı əmisinin niyə belə etdiyini izah edən bir məktub tapıb. Rahib məktubda başını kəsməyin Buddanın yolunda sonrakı həyatda başını və ruhunu daha yüksək bir mənəvi varlıq kimi qurban etdiyini söyləyib.

 

Verilən məlumata görə, rahibin ölümündən sonra 300-dən çox adam məbədə gəlib. Onun cəsədi tabuta, başı bankaya qoyulub. 11 il məbəddə xidmət edən rahibin, əvvəllər digər keşişlərə rahibliyi tərk edəcəyini söylədiyi, ancaq onlara gilyotindən bəhs etmədiyi iddia edilib.

 

 

Firuzə Əliyeva

 

 





21.04.2021    çap et  çap et