525.Az

İsraildən koronavirusla bağlı daha bir müsbət qərar


 

İsraildən koronavirusla bağlı daha bir müsbət qərar<b style="color:red"></b>

Əhalisinə görə dünyada ən çox vaksinasiya olunan ölkələr arasında yer alan İsraildə COVID-19 pandemiyasından sonra normallaşma prosesində yeni bir addım atılıb.

525.az xəbər verir ki, Səhiyyə Nazirliyinin qəbul etdiyi qərara uyğun olaraq, bəzi hallar istisna olmaqla, qapalı ərazilərdə maska taxmaq məcburiyyəti ləğv edilib. Nazirlik tərəfindən verilən yazılı açıqlamada, sağlamlıq müəssisələrində peyvənd olunmayanlar üçün maska taxma öhdəliyinin tətbiq olunmağa davam edəcəyi ifadə edilib.

Qeyd edək ki, vaksinasiya sayəsində pandemiyanı idarə etməyi bacaran və COVID-19 tədbirlərinin fevral ayından bəri yumşadıldığı İsraildə 19 aprel tarixində açıq ərazilərdə maska taxmaq məcburiyyəti ləğv edilib.

El Roman

 





18.06.2021    çap et  çap et