525.Az

"Bu təlimlər çox önəmlidir" - Hərbi ekspert açıqladı


 

"Bu təlimlər çox önəmlidir" - <b style="color:red">Hərbi ekspert açıqladı</b>

"Qardaş Türkiyə dövləti bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Türkiyə ilə birlikdə humanitar, iqtisadi, siyasi və bir çox sahələrdə əməkdaşlıqlar edirik: “Çox dərin əməkdaşlığımız var və bu əməkdaşlıq günü-gündən daha da inkişaf edir. Bununla yanaşı eyni zamanda hərbi əməkdaşlığımız var. Hərbi əməkdaşlıq çərçivəsində də birgə təlimlər nəzərdə tutulur. Birgə təlimlərin əhəmiyyəti həddindən artıq böyükdür. Qardaş ölkənin ordusu dünyanın ən güclü ordularından biridir. NATO-nun ikinci güclü ordusudur. Güclü hava hücumu müdafiə sistemi var. “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş kimi təlimlər həm Türkiyənin, həm Azərbaycan ordusunun gücünü artırır. Təcrübə mübadiləsi əldə edilir və koordinasiya olunmuş şəkildə birgə fəaliyyət həyata keçirilir ki, bu da regionda sülhün və təhlükəsizliyinin qorunması baxımından çox önəmlidir".

Emin Həsənli həmçinin qeyd edib k, 21-ci əsrin ən böyük müharibəsini Azərbaycan dövləti aparıb və 44 günlük müharibədə çox böyük təcrübə əldə edib: “Bu təlimlərin gələcəkdə terrorçuların, ayrı-ayrı silahlı dəstələrin dağda, meşədə, quruda və müxtəlif sahələrdə Türkiyə və Azərbaycan ərazisinin suverenliyi, müstəqilliyi üçün hansısa təhdid olarsa, həmin təhdidin aradan qaldırılması üçün çox önəmlidir. Ümumiyyətlə ordu elə bir canlı mexanizmdir ki, o daim hazırlıqlı olmalıdır, daim yüksək səviyyədə olmalıdır. Hazırlığın ən birinci şərti də təlimlərdir. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun yüksək hazırlığı üçün çox önəmlidir".

 





18.06.2021    çap et  çap et