525.Az

İşə qəbul imtahanı davam edir


 

İşə qəbul imtahanı davam edir<b style="color:red"></b>

İyunun 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub.

525.az xəbər verir ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseydə keçirilən test imtahanında 216  nəfər iştirak etmək hüququ qazanıb.

Müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə ərzində cavablandırıblar.

Şəffaflığın təmin olunması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılıb.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-24; 60-28) nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

 





25.06.2021    çap et  çap et