525.Az

"Bir şüşə butulkadan belə meşədə yanğın çıxa bilər" - Ekspert şərh edir


 

"Bir şüşə butulkadan belə meşədə yanğın çıxa bilər" - <b style="color:red">Ekspert şərh edir</b>

Yayın qızmar günəşi, artan temperatur, qlobal istiləşmə, istirahət yerlərində insanların səhlənkarlığı və s. bu kimi müxtəlif səsəbəblərdən yanğınlar çıxır. Hazırda dünyanın bir çox ölkəsi meşə yanğınları ilə mübarizə aparır. Planetin müxtəlif hissələrində davam edən yanğınlar artıq on minlərlə hektar ərazini məhv edib. ABŞ, Rusiya, Türkiyə, Rumınya, İtaliya kimi ölkələr meşə yanğınlarından ən çox zərər çəkən ölkələrdir. Hazırda qardaş Türkiyə ərazisini  dəhşətli meşə yanğınları ağuşuna alıb. Son məlumat əsasən, yanğınsöndürənlər 81 yanğın ocağından 70-ni lokallaşdıra biliblər. Nəzərə alsaq ki, ölkəmizdə də hava şəraiti kifayət qədər isti keçir, həmçinin meşəlik ərazilərdə istirahət edən insanlar daha çoxdur. Belə olduqda insanların kiçik səhlənkarlığı böyük yanğınları qaçınılmaz edir. Bəs dağlıq və meşəlik ərazilərimizdəki təhlükəsizlik necə təmin olunmalıdır? Həmin ərazilərin yanğından mühafizəsi necə təşkil olunur və vətəndaşların üzərinə hansı vəzifələr düşür?

Sadalanan suallarla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev 525.az-a açıqlama verib.

Ekspert bildirib ki, mövsümdən asılı olmayaraq, həm insanların, həm də aidiyyatı üzrə müvafiq qurumların ərazi üzrə xarakterik olan təbii fəlakətlər, fövqəladə hadisələrə qarşı müdafiə tədbirləri, təhlükəsiz təxliyə planları olmalıdır:

"Nəzərə almaq lazımdır ki, hər il ölkədə təbii və texnogen hadisələr baş verir. Rəqəmlərlə dəsək, 2020-ci ildə ökə ərazisində 14 780 təbii və texnogen qəza baş verib. Bu qəzalarda 87 nəfər həlak olub. Ümumiyyətlə, 2020-ci ildə respublika ərazisində 2 118 yanğın hadisəsi olub, bu zaman 49 nəfər həlak olub, 119 nəfər xəsarət alıb. Ötən il respublika ərazisində 82 partlayış hadisəsi də olub. Hər il istehsalatda 200-dən artıq qəza hadisəsi baş verir, yüzlərlə insan xəsarət alır. Ona görə də, hər əraziyə uyğun baş verə biləcək xarakterik hadisələri və  həmin ərazi üzrə təhlükəsizlik qaydalarına riayət edilməli olduğu təhlükəsizlik qaydaları olmalıdır. Təbii ki, burada söhbət müxtəlif təbii fəlakətlər və fövqəladə hadisələrdən gedir.  Vulkan püskürməsi, sürüşmə zonası, meşə sahəsi ətrafında yanğın, sel, daşqın, zəlzələ, qasırğa, tufan və s. hadidələrlə yanaşı, kimyəvi maddələrin istehsalı, neft-qaz partlayış təhlükəsi olan partlayıcı maddələrin istehsalı, daşınması, yanğın, təhlükə riskli istehsalat sahələrinə yaxın ərazilərdə yerləşən insanlar da mütləq həmin ərazi üzrə təhlükəsizlik qaydalarından agah olub,  riayət etməlidirlər.

İnsanlar təhlükəsiz təxliyə planı, toplanış məntəqəsi, təhlükə risklərinə dair maarifləndirilməlidir.
Fövqəladə hadisə riski olan yerlərdə mütləq təhlükəsizlik planı olmalıdır. Aidiyyatı üzrə müvafiq qurumlar, orada yaşayan insanlar, orada xidmət göstərən insanlar, istehsalat obyektləri, turizm obyektləri və yaxud da digər xidmət sahələri təhlükə zamanı insanları necə qorunmaları haqqında mütəmadi olaraq məlumatlandırılmalıdırlar. İnsanlar həm hadisə zamanı nə edəcəklərini, həm də hadisədən öncə təhlükə riskinin minimuma endirilməsi üçün nələr etməli olduqlarını bilməlidirlər. Bunun üçün müvafiq olaraq dövlət qurumlarının konsepsiyası da olmalıdır. Tədbirlər planı ərazinin yerləşdiyi coğrafi mövqeyin xarakteristikasına uyğun düzəldilməlidir.

Məsələn, meşə sahəsinə yaxın ərazilərdə yaşayan  insanlar yanğın riskini nəzərə almalı və bilməlidirlər ki, açıq sahədə açıq oddan istifadə etmək olmaz. Əgər zərurət yaranarsa, ocağın tam söndüyünə əmin olandan sonra ərazini tərk etmək lazımdır. İstirahət mərkəzləri də bu qaydalara əməl etməlidir. Bilməlidirlər ki, meşə sahələrində yanğınlar baş verə bilər. Təbii ki, meşə sahəsində baş verən yanğınlar çox geniş miqyaslı olur. Ərazinin relyefinə uyğun olaraq yanğının söndürülməsi çox çətinliklə həyata keçirilir. Əraziyə çoxlu texnikaların, canlı qüvvələrin gəlməsi də çətindir. Yanğının söndürülməsi üçün çoxlu texnika və uzun bir zaman lazım ola bilir. Bu zaman çərçivəsində isə insanlar daha cox zərər çəkə bilər. Buna görə də, insanlar təhlükəsizlik tədbirlərinə əməl etməyə öncədən ciddi yanaşmalıdırlar. Müvafiq dövlət qurumları da mütəmadi olaraq maarifləndirilmələr və monitorinqlər təşkil etməli, baş verən pozuntuları vaxtında qeydə alınmalı və qabaqlayıcı tədbirlər görməklə bu kimi şeylərin qarşısını almalıdır".

 Elmar Nurəliyev qeyd edib ki, bir şüşə butulka belə meşədə yanğın çıxara bilər:

"O ki qaldı insanların əməl etməli olduğu təhlükəsizlik tədbirlərinə, təbii ki, insanlar bilməlidirlər ki, istirahət edərkən açıq meşə ərazisində oddan istifadə etmək olmaz, bunun üçün xüsusi yerlər var. Bəzi insanlar gedib meşə ərazisində od qalayır, sonra da söndürmədən ərazini tərk edirlər. Nəinki ocaq qalamaq, siqareti çəkib söndürmədən yerə atmaq belə yanğın təhlükəsi yarada bilər. Ərazinin məişət tullantıları ilə zibillənməsi də yanğın təhlükəsi yarada bilər. Yerə şüşə butulkası düşə bilər, günəş şüaları şüşədən keçəndə istilik yaradıb yanğına səbəb ola bilər. Oraya istirahətə gələn insanlar da, aidiyyati üzrə müvafiq qurumlar da ərazini təmizləməlidirlər. Bunlar hamısı kompleks görülən tədbirlər planıdır".

Firuzə Əliyeva

 





31.07.2021    çap et  çap et