525.Az

Ermənistanda qarşıdurma yaranıb, saxlanılanlar var


 

Ermənistanda qarşıdurma yaranıb, saxlanılanlar var<b style="color:red"></b>

Ermənistan paytaxtında qarşıdurma yaranıb.

525.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, qarşıdurma İrəvanda dövlət müstəqilliyin 30-cu ildönümünün keçirilməsinə etiraz edənlərlə polislər arasında baş verib. Müstəqilliyin 30-cu ildönümü ilə bağlı bayram tədbirlərinin keçirilməsinə etiraz edənlərin ictimai təşkilatların nümayəndələri, müharibədə ölən və itkin düşən hərbçilərin yaxınları olduğu bildirilir. Onlar 21 sentyabrda Ermənistanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş bayram tədbirləri keçirməklə bağlı hakimiyyətin planlarına etiraz ediblər. Müstəqilliyin ildönümünün bayram tədbiri, konsertlə qeyd edilməsi planlaşdırır. Aksiyaçılar bayram tədbirlərini ləğv etməyi tələb edib. Bu zaman polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, saxlanılanların olduğu bildirilir.

 





18.09.2021    çap et  çap et