525.Az

Ürəyi dayanan qadın yenidən həyata qayıtdı


 

Ürəyi dayanan qadın yenidən həyata qayıtdı<b style="color:red"></b>

ABŞ-ın Baltimor şəhərində bir qadının ölümüdən 45 dəqiqə sonra yenidən həyata qayıtdığı bildirilib.

525.az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Kati Patten adlı bir qadın qolf oynayarkən qızının doğum üçün xəstəxanaya yerləşdirildiyini öyrənib. Bu zaman infarkt keçirən Patten, təcili yardım həkimləri tərəfindən xəstəxanaya çatdırılıb. Ürəyi dayanan və nəbzi döyünməyən qadın həkimlərin intensiv ürək-ağciyər reanimasiyası (CPR) etməsi nəticəsində 45 dəqiqə sonra yenidən həyata qayıdıb. Patten, "Tanrıya mənə ikinci şans verdiyinə görə çox minnətdaram", - deyə media nümayəndələrinə söyləyib. 

Digər maraqlı məqam isə qadının nəvəsinin də eyni anlarda həmin xəstəxanada doğulması olub. Həkim Dov Frankel yaşanan hadisənin müasir tibbin nəticəsi, yaxud möcüzə olduğunu insanlara həvalə etdiyini söyləyib.

El Roman 
 

 





18.09.2021    çap et  çap et