525.Az

Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı sərgi təqdim olunub


 

Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı sərgi təqdim olunub<b style="color:red"></b>

Bu gün görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür. Görkəmli alim, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətləri ilə yadda qalmışdır. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqamətini müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların effektivliyini artıran, ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan alim kimi elm tariximizə qızıl hərflərlə yazılmışdır.

Aida xanım ölkəmizdə ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru, professor kimi ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şərqşünas alim Aida İmanquliyeva” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli şərqşünas alimin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Serqsunas_alim_Aida_%C4%B0manquluyeva/index.htm linkindən istifadə edə bilərlər.

 





10.10.2021    çap et  çap et