525.Az

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb


 

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb<b style="color:red"></b>

Rusiyada yüngül mühərrikli təyyarə Moskva vilayətinin Ruza yaxınlığındakı bir kənddə qəzaya uğrayıb.

525.az xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan hava gəmisinin göyərtəsində pilot Yuri Samoxvalov və bir sərnişin olub.

Təyyarə yerə çırpılıb, nəticədə təyyarədəki hər iki şəxs ölüb.

Təyyarənin aerodromdan havaya qalxdığı və demək olar ki, dərhal yerə düşdüyü qeyd olunur.

Fövqəladə Hallar Nazirliyi təyyarənin “Aeroklassika” klubunun ərazisində qəzaya uğradığını bildirib. Bundan sonra beş kvadratmetr sahədə yanğın baş verib.

Hazırda hadisə yerində əməliyyatçılar işləyir.

 





24.10.2021    çap et  çap et