525.Az

Peyvənd olunanların sayı açıqlanıb


 

Peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə 28 097 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.

 





19.01.2022    çap et  çap et