525.Az

“Faciənin fotosu” sənədli filmi yenidən nümayiş olunub


 

“Faciənin fotosu” sənədli filmi yenidən nümayiş olunub<b style="color:red"></b>

Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar–Ümumxalq Hüzn Günü”nün 32-ci ildönümü ilə əlaqədar “20 Yanvar-sarsılmaz milli birliyin simvolu” adlı tədbir keçirilib. 

525.az xəbər verir ki, Tədbirdə Azərbaycan Fotoqrafları Birliyi (AFB) tərəfindən çəkilən “Faciənin fotosu” sənədli filmi nümayiş olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başlanılıb və Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə, həmçinin Vətən müharibəsi qaziləri də iştirak edib. Tədbir iştirakçılarının və filmin layihə rəhbəri Mirnaib Həsənoğlunun çıxışından sonra film nümayiş olunub. 

Qeyd edək ki, film 2020-ci ildə lentə alınıb. Sənədli film 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri daxil olaraq fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə divan tutmasının və yüzlərlə insanı qətlə yetirib yaralamasından bəhs edən tarixi faciənin fotolarını ölümsüzləşdirən fotoqraflar haqqında çəkilib. Ekran işinin 2020-ci ildə Nizami Kino Mərkəzində və Gəncə şəhərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdimatı keçirilib. Tam metrajlı film Azərbaycan Fotoqraflar Birliyinin sifarişilə ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbər və məsləhətçisi Mirnaib Həsənoğludur.

Qeyd: Sənədli filmi izləmək üçün bura keçid edin:

https://youtu.be/2agf1HzpqBo

 

 

 

 





19.01.2022    çap et  çap et