525.Az

ABŞ Senatı Ukraynaya milyard dollarlıq yardım paketini təsdiqləyib


 

ABŞ Senatı Ukraynaya milyard dollarlıq yardım paketini təsdiqləyib<b style="color:red"></b>

ABŞ Senatı Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.

525.az xəbər verir ki, Senatın iclasını C-SPAN telekanalı yayımlayıb.

Layihə lazımi səs çoxluğunu toplayıb.

Sənəd imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək.

“Washington Post” yazır ki, Ukrayna İsrail və Misiri qabaqlayaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkədir.

 





19.05.2022    çap et  çap et