525.Az

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur - Video


 

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur - <b style="color:red"> Video </b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunu yenidən qurur.

525.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, sözügedən yolun uzunluğu 31 kilometr təşkil edir. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 kilometrlik hissəsi köhnə, yararsız asfalt, 20 kilometrlik hissəsi isə torpaq yoldan ibarət idi.

Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4,2 kilometrlik hissəsində dördbucaqlı su keçidinin tikintisi işləri görülür.

Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb.

Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud 2 ədəd bir aşırımlı avtomobil körpülərinin də bərpası nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəkləri və dayanacaqların quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

 





22.06.2022    çap et  çap et