525.Az

YTB rəhbəri Abdullah Eren Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib


 

 YTB rəhbəri Abdullah Eren Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib<b style="color:red"></b>

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

525.az xəbər verir ki, A.Eren iki ölkənin diaspor qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu bildirərək, bunun təməlində prezidentlər Rəcəb Tayyib Ərdoğan və
İlham Əliyev arasındakı dostluq, qardaşlıq və qarşılıqlı etimadın durduğunu
vurğulayıb.

YTB rəhbəri qarşılıqlı əməkdaşlığın Şuşa Bəyannaməsinə və “Bir millət, iki dövlət, tək diaspor” fəlsəfəsinə uyğun olaraq davam etdiriləcəyini bildirib. “Yaradılmasının 20 illiyi münasibətilə dəyərli dostum Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət Komitəsində çalışan hər kəsi təbrik edirəm” – deyə o qeyd edib.

https://www.youtube.com/watch?v=qI71anD-zHo

 





23.06.2022    çap et  çap et