525.Az

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi təsdiqlənib


 

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi təsdiqlənib<b style="color:red"></b>

Azərbaycan Kinematoqrafçılar İttifaqın (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev ittifaqın katibliyinin tərkibini təsdiq edib.

AKİ-dən 525.az-a bildirilib ki, katibliyin əvvəlki tərkibi saxlanılıb və rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibliyinin tərkib hissəsində isə adları çəkilənlər təsdiqlənib:

Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli.

 





23.06.2022    çap et  çap et