525.Az

“Azərbaycan” gəmi-bərəsi dünyanın ən yaxşı 50 gəmisindən biri olub


 

“Azərbaycan” gəmi-bərəsi dünyanın ən yaxşı 50 gəmisindən biri olub<b style="color:red"></b>

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Azərbaycan” gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib.

525.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, bu, Cəmiyyətin mütəmadi dərc etdiyi siyahıda əksini tapıb.

Dünyanın ən qədim gəmiqayırma cəmiyyətinin seçiminə görə ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə Dəniz Mühəndisləri Bürosunun hazırladığı layihə əsasında inşa olunan “Azərbaycan” gəmi-bərəsi təyinatı, ölçüsü və tipi baxımından dünyanın 50 ən yaxşı gəmilərindən hesab olunur.

RİNA-nın şərtlərinə görə, ekspertlər ötən il istifadəyə verilən gəmiləri nəzərdən keçirərək rəylərini bildirir və buna əsasən də siyahını müəyyən edirlər.

Ən yaxşıların seçimi zamanı dünya sularında üzən kruiz laynerlərin, bərələrin, supertankerlərin, konteyner və avtomobil daşıyan gəmilərin əsas texniki parametrləri əsas götürülür.

Xatırladaq ki, 100 sərnişin və 56 vaqon tutumu olan Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Gəmi ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilib.

 





23.06.2022    çap et  çap et