Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində ABŞ lideri Co Bayden ilə bu ölkənin Suriyada terrorçulara göstərdiyi hərbi və maddi dəstəyi müzakirə edəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu, o, NATO-nun sammitə yola düşmədən öncə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu mövzuya həmkarı ilə bu gün apardığı telefon danışığı zamanı da toxunub.
Ərdoğanın sözlərinə görə, ABŞ-ın Suriyadakı terrorçulara göndərdiyi silahlar Türkiyəyə qarşı istifadə edilir.
***
Bu sabah ABŞ Prezidenti Co Bayden ilə telefon danışığımız oldu.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, NATO-nun Madrid Sammitində ABŞ lideri ilə görüşəcəyini də diqqətə çatdırıb.