525.Az

Daha 201 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb


 

Daha 201 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 418 aktiv xəstə var. Bu günə qədər 9 900 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 084, bu günə qədər isə ümumilikdə 7 228 614 test icra olunub.

 





22.09.2022    çap et  çap et