525.Az

Bağdadda etiraz aksiyaları zamanı 80-dən çox insan yaralanıb


 

Bağdadda etiraz aksiyaları zamanı 80-dən çox insan yaralanıb<b style="color:red"></b>

İraqın paytaxtı Bağdadın Təhrir meydanı yaxınlığında keçirilən etiraz aksiyaları zamanı azı 86 nəfər xəsarət alıb.

525.az "Report"a istinadən xəbər verir ki, zərərçəkənlərin təxminən yarısı hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 38 etirazçının isə rezin güllələrdən yaralandığı qeyd olunub.

İraq hərbçiləri izdihamın içinə “sızmış elementlərin” “Molotov kokteyli” və ov tüfəngi ilə təhlükəsizlik qüvvələrinə hücum etdiyini bildirib.

 





02.10.2022    çap et  çap et