Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
525.az Qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edəcək. Görüş saat 15:30-da başlayacaq. Turun sonuncu qarşılaşmasında isə "Kəpəz" "Sumqayıt"ın qonağı olacaq. Bu oyuna saat 18:00-da start veriləcək.
2 oktyabr (bazar)
15:30. “Şamaxı” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Şamaxı şəhər stadionu
18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
“Kapital Bank Arena”