525.Az

Xavi Zidanın rekordunu yenilədi


 

Xavi Zidanın rekordunu yenilədi<b style="color:red"></b>

Xavinin rəhbərliyi altında "Barselona" La Liqada ardıcıl 18 səfər matçının heç birində uduzmayıb.

525.az Qol.az-a istinadən  xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 7-ci turunda "Son Mois" stadionunda "Malyorka"ya qalib gəlib (1:0). "Opta Sports" yazıb ki, Xavi "Barselona" ilə səfərdə 13 qələbə və 5 heç-heçə edib. 

Xavi bu göstəricidə 2016-cı ildə "Real"la 17 səfər matçı rekorduna imza atan klubun sabiq baş məşqçisi Zinəddin Zidanı qabaqlayıb. Madrid klubu həmin vaxt 13 qələbə və 4 heç-heçə etmişdi.

 





02.10.2022    çap et  çap et