525.Az

Küveyt əmiri hökumətin istefasını qəbul edib


 

Küveyt əmiri hökumətin istefasını qəbul edib<b style="color:red"></b>

Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Əhməd Nəvaf əl-Əhməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

525.az  xəbər verir ki, bu barədə KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin fərmanına əsasən, həm baş nazir, həm də Küveytin hökuməti yeni nazirlər kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

 

 





02.10.2022    çap et  çap et