Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya ərazi sularına daxil olduğu bildirilir.
525.az xəbər verir ki, Okinavanın Naha qraflığında yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahının məlumatına görə, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi suları sərhədini pozub. Milli ərazi sularının əhatə etdiyi ərazidə üzən gəmilər, yerli vaxtla 02:40-da Minamikojima ətrafında Yapon balıqçı gəmilərinə yaxınlaşmağa cəhd ediblər. Çin gəmilərinə ərazini tərk etmələri barədə xəbərdarlıq edən Yaponiya Sahil Mühafizəsi elementlərinin balıqçı gəmilərinin təhlükəsizliyini təmin etdiyi bildirilib. Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.
Qeyd edək ki, Yaponiyaya məxsus olan və Çinin iddia etdiyi və heç kimin yaşamadığı adalar uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olub.
Məhəmməd Tağıyev