525.Az

Niderlanddakı xəstəxanaların 90 faizi 2023-cü ilə qədər zərər edə bilər


 

Niderlanddakı xəstəxanaların 90 faizi 2023-cü ilə qədər zərər edə bilər<b style="color:red"></b>

Niderlandda xəstəxanaların 90 faizi yüksək inflyasiya, personal və enerji xərclərinin artması səbəbindən gələn il itki vermə riski ilə üzləşib. 

525.az xəbər verir ki, Niderland Xəstəxanalar Assosiasiyası (NVZ) ölkədəki 56 xəstəxanada araşdırma aparmaq üçün Maliyyə İdeyalar İnstitutuna tapşırıq verib. 

Xəbərdə ölkədəki yüksək inflyasiya, personal və enerji xərclərinin artması səbəbindən xəstəxanaların 90 faizinin gələn il itki vermə riski ilə üzləşdiyi bildirilib.

Qeyd edək ki, səhiyyə xidmət haqlarının artırılmasına icazə verilmədiyi üçün Səhiyyə Nazirliyinin xəstəxanaları tibbi sığorta şirkətlərinə yönləndirdiyi bildirilib.

Malik Atilay

 





26.11.2022    çap et  çap et