525.Az

Vayra Vike-Freyberqa Prezidentin fəxri diplomu ilə təltif edilib


 

Vayra Vike-Freyberqa Prezidentin fəxri diplomu ilə təltif edilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

525.az-ın  xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, sabah Latviyanın ikinci Prezidenti (1999-2007) Vayra Vike-Freyberqanın 85 yaşı tamam olur. O, Şərqi Avropada ilk qadın Prezidentdir.

 

 





30.11.2022    çap et  çap et