525.Az

Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - Yenilənib


 

Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - <b style="color:red">Yenilənib</b>


30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada baş tutan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub:

“Hər zaman bir yerdə, bir millət iki dövlət”, - nazir tviterdəki səhifəsində yazıb.

 





01.12.2022    çap et  çap et