525.Az

İngiltərə və Uelsdəki xristianların say nisbəti ilk dəfə olaraq yarıdan aşağı enib


 

İngiltərə və Uelsdəki xristianların say nisbəti ilk dəfə olaraq yarıdan aşağı enib<b style="color:red"></b>

Böyük Britaniyanın Milli Statistika İdarəsinin 2021-ci il üçün siyahıyaalınması, İngiltərə və Uelsdə ilk dəfə olaraq əhalinin yarıdan azının özünü xristian kimi tanıdığını ortaya qoyub.

525.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika Ofisi (ONS) hər 10 ildən bir keçirilən siyahıyaalmada, 2001-ci ildən bəri istəyə bağlı olaraq, insanlara inancları və ya dini təcrübələri ilə bağlı konkret suallar verir, daha çox isə dinlərinin nə olduğunu soruşur. Belə ki, ötən ilki siyahıyaalma məlumatlarına görə, 2011-ci ildəki son siyahıyaalmada xristian olduğunu söyləyənlərin nisbəti  59,3 faiz olduğu halda, 2021-ci ildə bu nisbət 46,2 faizə düşüb. Digər tərəfdən, heç bir dinə mənsub olmadığını deyənlərin nisbəti 25,2 faizdən 37,2 faizə yüksəlib. Özünü müsəlman kimi tanıdanların nisbəti isə 2011-ci ildə  4,9 faiz idisə, keçən il bu rəqəm 6,5 faizə yüksəlib.

Məhəmməd Tağıyev

 





30.11.2022    çap et  çap et