Yunanıstan Silahlı Qüvvələri beynəlxalq müqavilələrə uyğun olaraq qeyri-hərbi statusa malik olan Rodos adasında silahlı təlim keçirib.
525.az xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələri Rodos adasında təlimlər keçirib. Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, “Kolossos” adlı təlimdə adadakı bütün sistemlər “həyəcan” vəziyyətinə gətirilib və hər hansı təhlükə anında alınmalı olan mövqelər müəyyən edilib.
Təlimdə zirehli texnika, motoatıcı birləşmələr, xüsusi əməliyyat bölmələri və Hərbi Hava Qüvvələrinin bölmələri də iştirak edib.
Qeyd edək ki, Rodos da daxil olmaqla Dodekanes adaları beynəlxalq müqavilələrə uyğun olaraq qeyri-hərbi statusda qalmalıdır.
Malik Atilay