DÇ-2022-nin bu gecə başa çatan 1/8 final oyunlarından sonra yarışda 2 günlük fasilə yaranıb.
525.az Qol.az-a istinadən xəbər verir ki, mundial bir də dekabrın 9-da 1/4 final oyunları ilə bərpa olunacaq. Həmin günü Xorvatiya - Braziliya və Niderland - Argentina matçları keçiriləcək.
Dekabrın 10-da isə bu mərhələyə Mərakeş - Portuqaliya və İngiltərə - Fransa matçları ilə yekun vurulacaq.
Yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final oyunu isə dekabrın 18-də keçiriləcək.