525.Az

Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib


 

Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib<b style="color:red"></b>

Prezident İlham Əliyev "Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncamla aşağıdakı şəxslər bir sıra məhkəmələrə təyinat alıblar.

Apellyasiya məhkəmələri üzrə:

İlham Məmməd oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilsin;

Teyyub Asif oğlu Muxtarov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;

Zaur Mirzağa oğlu Allahyarov Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini təyin edilsin;

Məmməd Allahverdi oğlu Məmmədov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin;

Rafael Əmir oğlu Eyvazov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

İlham Qoşunəli oğlu Əsədov Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

Elçin İsgəndər oğlu Xasməmmədov Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin.

Ağır cinayətlər məhkəmələri üzrə:

İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Elxan Xasay oğlu Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;

Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilsin.

Hərbi məhkəmələr üzrə:

Əli Ziya oğlu Süleymanov Füzuli Hərbi Məhkəməsinin sədri təyin edilsin;

Vüqar Kamal oğlu Məmmədov Gəncə Hərbi Məhkəməsinin sədri təyin edilsin;

İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin sədri təyin edilsin;

Zeynal Qurban oğlu Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin.

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Azər İslah oğlu Paşayev Bakı Ağır Сinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Həbib Bəhram oğlu Həsənov Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İlqar Zahid oğlu Qaralov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İlham Əziz oğlu Kərimli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Faiq Adil oğlu Qasımov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Rasim Sarı oğlu Kazımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri təyin edilsin.

Rayon (şəhər) məhkəmələri üzrə:

Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.26. Sulduz Paşa oğlu Ləzimov Ağcabədi Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.27. Elşad Abdulla oğlu Bayramov Ağdam Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.28. Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.29. Ramiz Vəliş oğlu Nurullayev Beyləqan Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.30. Gündüz Qasım oğlu Abbasov Bərdə Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.31. Vüsal Adil oğlu Cəbrayılov Cəlilabad Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.32. Aqil Əlisa oğlu Musayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.33. Toğrul Məhəmməd oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.34. Elçin Firudin oğlu Qurbanov Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göyçay Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.35. Zaur Nazim oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.36. Xıdır İnqilab oğlu Quliyev Xaçmaz Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.37. İlqar Hidayət oğlu Cabbarov Şirvan Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xızı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.38. Həsən Salman oğlu Qəniyev Kəlbəcər Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.39. Samir Əlibala oğlu Məmmədov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Quba Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.40. Anar Adil oğlu Qasımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.41. Cavad Cavanşir oğlu İbrahimov Laçın Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.42. Kamran Şakir oğlu Süleymanov Oğuz Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.43. Firdovsi Zülfü oğlu Əliyev Masallı Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.44. Nemət Şirkət oğlu Paşayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.45. Ayaz Aydın oğlu Səlimov Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naftalan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.46. Ceyhun Tofiq oğlu Qədimov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Neftçala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.47. Səadət Nazim qızı Zeynalova Samux Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.48. Adil Yaqub oğlu Vəliyev Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Salyan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.49. Gündüz Əhməd oğlu Şirinov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.50. Bəylər Ramiz oğlu Ələkbərov Siyəzən Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.51. Fərid Murtuza oğlu Yaqubov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.52. Ceyhun Rasim oğlu Əhmədov Şəki Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.53. Etibar Zülfüqar oğlu Hümbətov Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.54. Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şuşa Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.55. Tahir Möhsüm oğlu Qubadov Zərdab Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.56. Qafil Yavər oğlu Baxşıyev Tovuz Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.57. Hilal İsmayıl oğlu Xəlilov Ucar Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.58. Toğrul Məhəmməd oğlu Əliyev Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.59. Vüqar Nemət oğlu Məmmədov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zaqatala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.60. İlqam Elxan oğlu Həsənquliyev Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zərdab Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.61. İlqar Aslan oğlu Məmmədov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;

1.62. Nüsrət Fətulla oğlu Mirzəyev Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilsin;

1.63. Telman Osman oğlu Quliyev İmişli Rayon Məhkəməsinin hakimi təyin edilsin;

1.64. Muradağa Əhmədağa oğlu Qasımov Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi təyin edilsin.

1.65. Zeynal Ağabala oğlu Zeynalov Masallı Rayon Məhkəməsinin hakimi təyin edilsin;

1.66. Rəşad Nizami oğlu Qoşqarlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;

1.67. Gülnarə Fikrət qızı Tağızadə Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və həmin Qanunun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq,

2.1. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

2.2. İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu Sərəncamın 1.1-ci, 2.1-ci və 2.2-ci bəndləri 2023-cü il yanvarın 2-dən, digər bəndləri imzalandığı gündən qüvvəyə minir.

 

 





28.12.2022    çap et  çap et