525.Az

ABŞ: Rusiya Ukrayna cəbhəsinə on minlərlə yeni əsgər gətirib


 

ABŞ: Rusiya Ukrayna cəbhəsinə on minlərlə yeni əsgər gətirib<b style="color:red"></b>

ABŞ-nin yüksək rütbəli hərbi rəsmisi Rusiyanın Ukraynanın şərqinə on minlərlə yeni əsgər gətirdiyini, lakin cəbhə xəttinə gətirilən bu yeni qoşunların təchizat və təlim baxımından qeyri-kafi olduğunu söyləyib.

525.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) bir qrup jurnalistə Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlama verən yüksək rütbəli ABŞ hərbi zabiti Ukrayna ordusunun ölkənin şərqində Rusiyanın nəzarətində olan Kreminna şəhərinə əks hücuma keçdiyini və az irəliləyiş əldə etdiyini bildirib. O, Rusiyanın Bəhmut qəsəbəsi yaxınlığındakı əraziləri də almağa çalışdığını və bölgədə qarşıdurmaların davam etdiyini qeyd edib. Rusiyanın böyük itki verdiyini qeyd edən rəsmi rus ordusunun həftəsonu cəbhə xəttinə on minlərlə əlavə əsgər gətirdiyini deyib.

Qeyd edək ki, ABŞ-nin Ukraynaya "M1 Abram" tanklarını niyə vermədiyi suallarından yayınmağa çalışan rəsmi ABŞ və digər tərəfdaşların Ukraynanın hazırkı ehtiyaclarını ödədiyini vurğulayıb.

Məhəmməd Tağıyev

 





24.01.2023    çap et  çap et