Casinda Ardern Yeni Zelandiyada Baş nazir postunu tərk etdikdən sonra Kris Hipkins ölkənin yeni Baş naziri olub.
525.az xəbər verir ki, hakim Leyboristlər Partiyasından olan qanunvericilər ölkənin yeni baş nazirini və partiya liderini seçmək üçün səs veriblər. Yeganə namizəd, 44 yaşlı təhsil və polis naziri Kris Hipkins ölkənin yeni Baş naziri və İşçi Partiyasının lideri seçilib.
Vəzifəyə gəldikdən sonra mətbuata açıqlama verən Hipkins: "Qarşıdakı çətinliklərlə bağlı həyəcanlıyam. Bu, həyatımın ən böyük addımı və məsuliyyətidir", - deyib.
Qeyd edək ki, Hipkins oktyabrın 14-də keçiriləcək ümumi seçkilərə qədər Baş nazir postunu icra edəcək. Hipkins 2020-ci ilin iyul ayında səhiyyə naziri vəzifəsinə başlayıb və daha sonra COVID-19 epidemiyası səbəbindən COVID-19 ilə mübarizə naziri təyin edilib.
Malik Atilay