Avropaya sığınan miqrant uşaqlar yoxa çıxır.
525.az xəbər verir ki, Britaniyanın “The Observer” qəzetindəki son xəbərlər uşaqların insan alverçilərinin əlinə keçməsi iddialarını gücləndirir.
“İngiltərədə valideynsiz qalan onlarla miqrant uşaq yoxa çıxıb”, - iddialar "The Observer" qəzetində yer alıb.
Brightondakı "Home Office" otelinə yerləşdirilən uşaqların bəziləri yoxa çıxıb. Son 18 ayda 136 uşaq itkin düşüb. Bu uşaqlardan 79-dan hələ də xəbər yoxdur.
"The Observer" uşaqların insan alverçiləri tərəfindən qaçırıldığını bildirib. Qəzet öz iddialarını Daxili İşlər Nazirliyində çalışan şirkətlərin əməkdaşlarına və uşaqların müdafiəsi resurslarına əsaslandırıb. Lakin nazirlik rəsmi açıqlamada gənclərin öz istəkləri ilə getdiklərini iddia edib.
Britaniya müxalifəti isə vəziyyəti “dəhşətli və qalmaqallı” adlandırıb və hökumətdən izahat tələb edib. Əvvəlki illərdə Almaniya və Belçika kimi digər Avropa ölkələrində də müşayiətsiz miqrant uşaqların yoxa çıxması, insan alverçilərinin və orqan alverçilərinin əlinə düşmək qorxusu ilə bağlı xəbərlər dərc olunub.
Malik Atilay